Azərbaycan cüdoçuları turnirin qalibi olub
1999-2001-ci il təvəllüdlü oğlanlar və qızlar arasında Həzi Aslanovun xatirəsinə həsr edilmiş XXVIII beynəlxalq cüdo turniri keçirilib.
10 ölkənin 357 idmançısının iştirak etdiyi turnirdə Təhsil Nazirliyi 13 nömrəli İOEUGİM 38 cüdoçu ilə təmsil olunub.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda idman məktəbinin çüdoçuları 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq, I yerə layiq görülüblər. Murad Abışov 46 kq, Cəfər Əkbərli 90 kq, Mehdi Zeynalov 55 kq və Diana Şoranova 70 kq çəkidə qızıl, Sabir İsmayılov 66 kq çəkidə gümüş, Nigar Hacıramazanova 40 kq və Paşa Əliyev 73 kq çəki dərəcəsində bürünc medalla turniri başa vurublar.
Ümumi komanda hesabında I yeri Azərbaycan, II yeri Gürcüstan, III yeri isə Macarıstan cüdoçuları tutublar.
7 il əvvəl
Digər xəbərlər
-
Tələbələr arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti
08.05.2024 - 15:50 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə!
08.05.2024 - 14:58 -
Bakıda PISA üzrə II ISESCO Nazirlər Konfransı keçiriləcək
08.05.2024 - 11:17 -
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə!
08.05.2024 - 10:09 -
Dünyaşöhrətli alim “Yeni çağırışlar”da
07.05.2024 - 16:54