Pedaqoji kadrlar üçün təlim
Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edir.
Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarını əhatə edəcək təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdən ibarətdir.
Təlimlər çərçivəsində iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyi əməkdaşlarının və təhsil ekspertlərinin iştirakı ilə məruzələr təşkil ediləcək.
Təlimlərdə iştirak edən şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərən və direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin fəaliyyətlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmə tədbirləri görüləcək.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Həsən Həsənli Şəkidə olub
20.09.2024 - 16:30 -
Nazir müavini Firudin Qurbanov Yevlaxda olub
20.09.2024 - 16:00 -
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib
20.09.2024 - 09:35 -
Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib
20.09.2024 - 09:30 -
Prezident İlham Əliyev Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışında iştirak edib
19.09.2024 - 16:10