• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nobel mükafatı laureatı Təhsil Nazirliyində olub

Noyabrın 11-də təhsil naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Nobel mükafatı laureatı Corc Smutu qəbul edib.

Görüş zamanı Azərbaycanın ali təhsil müəssisələrində elmi araşdırmaların və tədris prosesinin təşkilinin yeni innovativ yolları, elm sahəsində müasir texnoloji yeniliklərin tətbiqi və digər maraq doğuran məsələlər müzakirə olunub.

Qeyd edək ki, C.Smut 2006-cı ildə fizika sahəsində Nobel mükafatına layiq görülüb. O, Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi mərasimində iştirak etmək üçün Bakıya gəlib.


8 il əvvəl