Taekvondoçularımız beynəlxalq turnirdə qalib gəlib
Rusiyanın Tolyatti şəhərində taekvondo idman növü üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycan idmançıları uğur qazanıb.
Yarışda ölkəmizi "Təhsil" Respublika İdman Mərkəzinin (RİM) Lənkəran filialının yetirmələri təmsil edib. Azərbaycanla yanaşı, Rusiya, Belarus və Qazaxıstandan 600-ə yaxın taekvondoçunun qatıldığı yarışda “Təhsil” RİM-in yetirməsi, 47 kq çəki dərəcəsində çıxış edən Qönçə Hüseynli finalda Rusiya idmançısına qalib gələrək I yerə çıxıb. Məktəbin digər yetirməsi, 55 kq çəki dərəcəsində çıxış edən Kubra Əmirzadə isə final görüşündə Rusiya idmançısına məğlub olaraq, II yerə layiq görülüb.
8 il əvvəl
Digər xəbərlər
-
Dünyaşöhrətli alim “Yeni çağırışlar”da
07.05.2024 - 16:54 -
RFO-nun riyaziyyat fənni üzrə final turu keçirilib
07.05.2024 - 14:18 -
Azərbaycan dili, tarix və fizika fənləri üzrə Respublika Fənn Olimpiadalarının final turunun nəticələri
06.05.2024 - 16:00 -
Azərbaycan Tələbə Liqasının bağlanış mərasimi
04.05.2024 - 11:00 -
Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib
03.05.2024 - 17:45