Təhsil Nazirliyindən müəllimlər üçün növbəti təqaüd proqramı
Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimləri üçün növbəti “Təməl” təqaüd proqramını elan edir.
Müsabiqə əsasında 2 mərhələli seçimlə müəyyən ediləcək müəllimlər “Təməl” təqaüd proqramı çərçivəsində yeni format və məzmunlu təlimdə iştirak etmək hüququ qazanacaqlar. Yalnız İKT üzrə təlimlərindən müvəffəqiyyətlə keçmiş ali pedaqoji təhsilli müəllimlər təlimdə iştirak edə bilərlər. 120 saatlıq təlim kursunda iştirakçılar Uşaq psixologiyası, Pedaqoji ustalıq praktikumu (metodika və didaktika), Sinfin idarəedilməsi, Elektron tədris resurslarının hazırlanması mövzularında yeni yanaşmalarla tanış olacaqlar.
Təlim kursunu uğurla başa vuranlar yekun qiymətləndirmədə iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş iştirakçılara müvafiq sertifikat və təlim resursları təqdim olunacaq.
Təlimlərə qatılmaq istəyən müəllimlər ərizə formasını dolduraraq oktyabrın 28-dək temel@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.
8 il əvvəl
Digər xəbərlər
-
Tələbələr arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti
08.05.2024 - 15:50 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə!
08.05.2024 - 14:58 -
Bakıda PISA üzrə II ISESCO Nazirlər Konfransı keçiriləcək
08.05.2024 - 11:17 -
Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə!
08.05.2024 - 10:09 -
Dünyaşöhrətli alim “Yeni çağırışlar”da
07.05.2024 - 16:54