• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Avqustun 12-də təhsil naziri Misir Mərdanov Bakının Şüvəlan qəsəbəsindəki 16 nömrəli internat məktəbdə istedadlı uşaqlar üçün açılmış yay təlim-istirahət düşərgəsində olub, burada dincələn şagirdlərlə görüşüb.

Avqustun 12-də təhsil naziri Misir Mərdanov Bakının Şüvəlan qəsəbəsindəki 16 nömrəli internat məktəbdə istedadlı uşaqlar üçün açılmış yay təlim-istirahət düşərgəsində olub, burada dincələn şagirdlərlə görüşüb. Görüşdə təhsil nazirinin müavini İsgəndər İsgəndərov, nazirliyin Kənd məktəbləri üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri Aydın Əhmədov, respublika fənn olimpiadalarının kimya və biologiya üzrə münsiflər heyətinin sədrləri, tanınmış alimlər Vaqif Abbasov, Ədalət Fərəcov və KİV nümayəndələri iştirak ediblər.
Uşaqları səmimi salamlayan nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəmiyyətin sərvəti olan istedadlı uşaqların aşkara çıxarılması və inkişafına böyük diqqət yetirir. Bu məqsədlə ölkə başçısının xüsusi sərəncamı ilə iki il əvvəl “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər) təsdiq olunub. Dövlət Proqramının icrası ilə bağlı təhsil Nazirliyinin Fəaliyyət Planına əsasən yerlərdə riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə aşkara çıxarılmış istedadlı şagirdlər arasından ən istedadlılarını müəyyənləşdirmək məqsədi ilə bu ilin mayında Bakı şəhərində alim və mütəxəssislərin iştirakı ilə təkrar seçim aparılıb. Bu düşərgəyə də məhz həmin seçim zamanı ən yüksək bal toplayanlar cəlb olunub. Sonra nazir düşərgədə şagirdlərin istirahətlərinin necə keçməsi ilə maraqlanıb. Günlərinin xoş və mənalı keçdiyini deyən uşaqlar yaradılan şəraitdən razılıq edib, istedadlı uşaqların inkişafına göstərdiyi qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər. Nazirə məlumat verilib ki, istirahətlərini səmərəli keçirmək üçün uşaqlara hər cür şərait yaradılıb, müxtəlif tədbirlərlə zəngin gün rejimi tərtib olunub. Onlar hər gün sevdikləri idman növləri ilə məşğul ola bilir, şahmat, dama oynayır, şəhərin görməli yerlərinə gəzintilərə çıxırlar. İndiyədək Qız qalasına, Şirvanşahlar sarayına, Mərdəkan dendrarisinə, Atəşgaha gəzintilər təşkil olunub, bir sıra idman növləri üzrə yarışlar keçirilib. İnternat məktəbin zəngin kitabxanası, kompüter otaqları, idman zalı, hovuzu istedadlı uşaqların ixtiyarındadır. Uşaqlarla söhbət edən nazir onların arzu-istəkləri ilə maraqlanıb, çoxsaylı suallarını cavablandırıb. Nazir istedadlı uşaqların düşərgədə olduqları müddətdən maksimum səmərəli istifadə etmələri üçün paytaxtın tarixi-mədəni abidələrinə, muzeylərinə, xüsusən də Azərbaycan tarixi, xalça muzeylərinə ekskursiyaya aparılmasını tövsiyə edib. Təhsil naziri istedadlı uşaqlar üçün düşərgədə yaradılmış şəraiti, onlarla keçirilən mədəni-kütləvi tədbirləri, alimlərin şagirdlərlə görüşünü yüksək qiymətləndirib, bu işdə əməyi olanlara təşəkkür edib. Görüşün sonunda Misir Mərdanov yay təlim-istirahət düşərgəsində dincələn istedadlı uşaqlarla xatirə şəkli çəkdirib.


9 il əvvəl