• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Oktyabrın 2-də “Avropa” otelində İTECA Caspian və İTE Qroup PLC şirkətlərinin təşkilatçılığı ilə 2-ci Azərbaycan beynəlxaql “Təhsil və karyera” sərgisi keçirilib.

Oktyabrın 2-də “Avropa” otelində İTECA Caspian və İTE Qroup PLC şirkətlərinin təşkilatçılığı ilə 2-ci Azərbaycan beynəlxaql “Təhsil və karyera” sərgisi keçirilib.
Sərgini açıq elan edən təhsil naziri Misir Mərdanov bildirib ki, sərginin tədris ilinin əvvəlində keçirilməsində məqsəd - məktəb məzunlarına, tələbələrə müxtəlif istiqamətli tədris kurslarının fəaliyyətini təqdim etməklə kömək göstərməkdir ki, onlar yerli əmək bazarının tələbatına uyğun gələcək təhsil yolunu seçə bilsinlər. Sərgi eyni zamanda sahibkarlar ilə gələcək işçi heyəti arasında görüş imkanı yaradır ki, bu da işədüzəlmə probleminin həllini xeyli asanlaşdırır.
“Təhsil və karyera” sərgisi “Təhsilini seç, gələcəyini təmin et!” şüarı altında keçirilir. Sərgi dünyanın 11 ölkəsindən 40 şirkət və təşkilatı qəbul edəcək, bu da ötən ilə nisbətən 25% çoxdur. Eksponentlər arasında Azərbaycanda çoxdan fəaliyyət göstərən tanınmış təhsil müəssisələri, eləcə də fərqli tədris sistemini təklif edən və burada öz biznesini inkişaf etdirmək istəyən yeni təşkilatlar var. Sərginin ekspozisiyası orta və ali təhsil, xaricdə təcrübə və iş imkanları, dil kursları, ixtisasartırma təlimləri, işədüzəlmə, tədris ədəbiyyatı, təhsil sahəsində informasiya texnologiyaları və digər xidmətləri təqdim edəcək. Qeyd olunub ki, “Təhsil və karyera” sərgisi təhsilə və ixtisasa malik olan, lakin bunları harada tətbiq edəcəyini bilməyən tələbələr, ali təhsil müəssisələrinin məzunları və gənc mütəxəssislər üçün, habelə öz peşəkar inkişafı ilə maraqlanan hər kəs üçün məlumat mənbəyidir.
Məlumat üçün onu da qeyd edək ki, üç gün davam edəcək sərgi Təhsil Nazirliyi, Sənaye və Ticarət Palatasının birgə dəstəyi ilə keçirilir.


8 il əvvəl