• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Virtual təhsilə dəstək" layihəsi

Təhsil Nazirliyinin "Virtual məktəb" üzrə dəstək çağırışlarına qoşulan “Enginet” şirkəti tərəfindən “Virtual təhsilə dəstək” layihəsinə start verilib.

“Virtual təhsilə dəstək” layihəsinin məqsədi pandemiya dövründə təhsil sahəsində çalışan insanlara keyfiyyətli virtual tədrisin təşkili üçün tələb olunan alət və texniki dəstəyin göstərilməsidir. Layihə çərçivəsində təhsil işçiləri ödənişsiz olaraq iki ay ərzində 30 MB/s yüksəksürətli genişzolaqlı internet xidməti, İPTV, ödənişsiz qoşulma və istifadə üçün avadanlıqla təmin olunacaqlar.  Bununla yanaşı, təqdim edilən xüsusi tarif vasitəsilə müəllimlər pulsuz mobil nömrə əldə edərək, güzəştli rabitə və internet imkanlardan faydalana bilərlər.

Təqdim olunan bütün üstünlük və güzəştlərdən yararlanmaq və “Virtual təhsilə dəstək” layihəsinə qoşulmaq istəyən müəllimlər *1199 nömrəsinə zəng edərək və ya www.birlink.az saytına daxil olaraq ətraflı məlumat əldə edə bilərlər.

Qeyd edək ki, layihə “Enginet” şirkətinin təşkilatçılığı ilə “Bakcell”, “Azedunet”, “Microsoft Azərbaycan”, “Smart Electronics” şirkətləri və Təhsidə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin dəstəyi ilə həyata keçirilir.


3 il əvvəl