• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

X Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadasında qazanılan uğur

9-15 aprel tarixlərində Gürcüstanın Kutaisi şəhərində X Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) təşkil edilib. 55 ölkədən 213 məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub.

 

Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 bürünc və 1 “Həvəsləndirici mükafat” qazanıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Fidan Qarayeva bürünc medala, həmin liseyin XI sinif şagirdi Ləman Ağazadə isə “Həvəsləndirici mükafat”a layiq görülüb.

 

Məktəblilərimizi təbrik edir, daha böyük uğurlar arzulayırıq. 


3 il əvvəl