• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müsabiqə və olimpiadalar elektronlaşdırılır

Aprelin 2-dən ölkə üzrə təşkil olunan “Ən yaxşı təqdimat” müsabiqəsinə ərizə qəbulu Təhsil Nazirliyinin elektron xidmətlər portalı – www.portal.edu.az vasitəsi ilə həyata keçirilir.

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş müsabiqədə iştirak edən IX-XI sinif şagirdləri portalda qeydiyyatdan keçərək müsabiqə üzrə müraciətlərini yerləşdirə bilərlər. 

 

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən olimpiada və müsabiqələrin daha səmərəli təşkili məqsədi ilə müvafiq informasiya sistemi qurulub. Belə ki, cari ildən olimpiada və müsabiqələrin təşkili, idarəolunması və ərizələrin qəbulu prosesləri tamamilə elektron formada həyata keçiriləcək. Həmçinin, qalib iştirakçılara elektron nailiyyət sənədlərinin verilməsi nəzərdə tutulur.


3 il əvvəl