Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində alt komitənin 7-ci iclası keçirilib
5 il əvvəl
Martın 5-də Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri üzrə alt komitənin yeddinci iclası keçirilib.
Azərbaycan tərəfindən Təhsil Nazirliyinin həmsədrlik etdiyi iclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Səhiyyə Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələrindən ibarət heyət iştirak edib.
İclas zamanı Azərbaycan Respublikası və Avropa İttifaqı arasında sözügedən alt komitənin əhatə etdiyi sahələr üzrə əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.
Digər xəbərlər
-
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
28.10.2026 - 17:31 -
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” sessiyası keçirilib
28.10.2026 - 15:30 -
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
28.10.2026 - 10:45 -
Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin açılışı olub
28.10.2026 - 10:00 -
Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
27.10.2026 - 18:17
