• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri

Menyu

SUALIM VAR Elektron sənəd yoxlanışı

STEAM

2019-cu ildən Elm və Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM (Science, Technology, Engineering, Art və Math) layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənnləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir. 

 

Hazırda STEAM layihəsi 318 ümumtəhsil məktəb və 19 STEAM Mərkəzini əhatə edir. Ümumilikdə 135000-ə yaxın şagird STEAM tədrisinə cəlb edilib.

 

5 yanvar 2023-cü ildə Bakıda STEAM İnnovasiya Mərkəzinin açılışı olub. STEAM İnnovasiya Mərkəzində həm elm muzeyi, həm də fəaliyyət zonaları mövcuddur. Mərkəz "Nyuton elm otağı", "Elmi eksponatlar sərgisi", "Aviasiya akademiyası", "İdeya laboratoriyası", "STEAM TV" kimi fəaliyyət zonalarından, həmçinin köməkçi və funksional sahələrdən təşkil olunub. Mərkəzə 4 yaşdan yuxarı uşaqlarla yanaşı, tələbələr də gələ bilərlər. Mərkəzdəki mövcud fəaliyyətlərdən istifadə etmək və iştirakçı olmaq üçün müraciətlər onlayn formada qəbul ediləcək.