Sual: Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu həyata keçirilən rayon və şəhərlərdə ərazi prinsipinin tətbiqi gözlənilirmi?
Cavab: Yalnız Bakı şəhərinin bir sıra ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına qəbul ərazi prinsipi əsasında aparılır. Digər rayon və şəhərlərdə ərazi prinsipi tətbiq olunmur. Məcburi köçkün məktəblərindəki məktəbəhazırlıq qruplarına yalnız məcburi köçkün ailələrindən olan uşaqlar qəbul olunur.
Sual: Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu hansı müddətlərdə həyata keçirilir?
Cavab: Ərizələrin onlayn qeydiyyatı 26.08.2019-cu il tarixdən 25.09.2019-cu il tarixədək həyata keçirilir. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 02 sentyabr 2019-cu il tarixdən başlayır, 27 sentyabr 2019-cu ildə başa çatır.
Sual: Məktəbəhazırlıq qruplarına getməyən uşaqlar üçün hər hansı bir məhdudiyyət varmı?
Cavab: Xeyir, məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır.
Sual: Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilir?
Cavab: Dövlət ümumi təhsil məktəblərində təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2014-cü il təvəllüdlü) uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul edilə bilər.
Sual: Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu necə həyata keçirilir?
Cavab: Məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçirilir.
Sual: Elektron sistem vasitəsilə məktəbəhazırlıq qruplarına sənəd qəbulu hansı rayon və şəhərləri əhatə edir?
Cavab: Ərizələrin onlayn qeydiyyatı respublika üzrə dövlət ümumi təhsil məktəblərini, o cümlədən məcburi köçkün məktəblərini və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir.
Sual: Məktəbəhazırlıq qruplarının yaradılmasında əsas məqsəd nədən ibarətdir?
Cavab: Məktəbəhazırlıq qruplarının yaradılmasında əsas məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
Sual: Elektron sistem hansı zərurətdən tətbiq edilir?
Cavab: Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulunun tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi məqsədilə tətbiq olunur.
Həmçinin dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üzrə müraciətlərin elektron qeydiyyat sisteminin tətbiqi valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.