• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Oktyabrın 23-də Bakının Sabunçu rayonundakı 252 nömrəli məktəb-liseydə «Müasir təhsil proqramlarının (kurikulumun) tətbiqi: reallıqlar və perspektivlər» mövzusunda elmi-praktik konfrans keçirilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi konfransda təhsil naziri Misir Mərdanov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Təhsil Nazirliyinin struktur-bölmə rəhbərləri, Təhsil Problemlər İnstitutunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, tanınmış pedaqoqlar, alimlər, dərslik müəllifləri, Təhsil Nazirliyinə birbaşa tabe olan ümumi təhsil məktəblərinin direktorları, Sabunçu rayonundakı məktəblərin rəhbərləri və qabaqcıl müəllimlər iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə yüksək səviyyədə təmir olunmuş məktəbi gəzib, laboratoriyalara, fənn kabinetlərinə baxıb, yaradılmış şəraitlə tanış olublar. Sonra konfrans çərçivəsində keçirilən «açıq dərs»lər dinlənilib. 2 saat ərzində həm konfransın keçirdiyi 252 nömrəli məktəb-liseyin, həm də onun yaxınlığında yerləşən 94, 96 və 213 nömrəli tam orta məktəblərin müəllimlərinin müxtəlif siniflərdə apardıqları 28 nümunəvi dərs dinlənilib.
Təhsil naziri Misir Mərdanov 252 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Emilya İbrahimovanın I sinifdə riyaziyyatdan və riyaziyyat müəllimi Təranə Kənaninin XI sinifdə cəbr və analizin başlanğıcı fənnindən apardıqları dərslərdə iştirak edib.
Dərslərin dinlənilməsi başa çatdıqdan sonra məktəb-liseyin akt zalında «dəyirmi masa» ətrafında dinlənilmiş dərslər və mövzu ilə bağlı müzakirələr aparılıb.
Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov tədbirin yeni fənn proqramlarının (kurikulumların) tətbiqi vəziyyəti ilə tanış olmaq, aparılan islahatların nəticələrinin konkret bir məktəbin təcrübəsində müəyyənləşdirmək məqsədi ilə keçirildiyini bildirib. Bununla əlaqədar 2 saat ərzində müxtəlif fənlər üzrə dərslərin dinləndiyini deyən nazir iştirak etdiyi dərslərdən razılığını ifadə edib. Misir Mərdanov, həmçinin dərslərdə onu razı salmayan bəzi cəhətlərin də olduğunu diqqətə çatdırıb. Təhsil naziri yeni təlim üsullarının səmərəli olmasını müəyyənləşdirmək üçün müvafiq tədqiqatların aparılmasını və yalnız bundan sonra onların geniş tətbiq olunmasını zəruri saydığını vurğulayıb.
Sonra təhsil naziri Misir Mərdanov paytaxt məktəblərinin son iki tədris ili üzrə fəaliyyətinin müqayisəli nəticələrini əks etdirən təqdimatla konfrans iştirakçılarını tanış edib. Təqdimata əsasən, Sabunçu rayonu ilə paytaxtın digər rayonları arasında təhsilin müxtəlif parametrləri, o cümlədən məktəb, müəllim və şagirdlərin sayı, müəllim-şagird nisbəti, buraxılış və ali məktəblərə qəbul imtahanlarının, «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrinin nəticələri, fənn olimpiadalarında iştirak, pedaqoji kadrlarla təminat, məktəb tikintisi və digər göstəriciləri üzrə müqayisələr aparılıb.
Təqdimatda son 3 ildə Sabunçu rayonundakı təhsil müəssisələrinin 3 məzununun qəbul imtahanlarında 700 bal toplaması, müəllim-şagird nisbətinin ölkə üzrə orta göstəricidən yüksək olması və digər nəticələr müsbət hal kimi qiymətləndirilib, bəzi göstəricilərin isə digər rayonlara nisbətən aşağı olduğu qeyd edilib.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev elmi-praktik konfransda çıxış edərək belə mühüm tədbirin keçirilməsinə görə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirib. Rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən söz açan A.Vəliyev mövcud problemlərə də toxunub, onların aradan qaldırılması üçün Təhsil Nazirliyinin dəstəyinə ehtiyac duyduqlarını söyləyib, dinlədiyi dərslərlə bağlı fikirlərini bölüşüb.
   Konfransda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov, bəstəkar Oqtay Rəcəbov, professor Fərrux Rüstəmov, dərslik müəllifi Rafiq İsmayılov, 96 nömrəli tam orta məktəbin direktoru Əminə Hüseynova və başqaları dinlədikləri dərslərə qiymət verib, mövzu ilə bağlı fikir və mülahizələrini bildirib, müvafiq təkliflərini nəzərə çatdırıblar. Çıxışlarda yeni fənn proqramlarının uğurla tətbiq olunduğu, müəllimlərin dərslərinə yaradıcı yanaşdığı, müasir təlim forma və üsullarından, İKT-dən bacarıqla istifadə etdikləri, habelə qruplarla iş forması seçilərkən dərsin mövzu və məqsədlərinin nəzərə alınmasının, valideynlərlə işə daha çox diqqət yetirilməsinin vacibliyi vurğulanıb.


8 il əvvəl