• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyi sistemindəki dövlət uşaq müəssisələrinin fəaliyyətinin “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın tələblərinə uyğun qurulması üçün həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

2012-ci ilin ötən dövrü ərzində “Himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə modelin işlənib hazırlanması” layihəsi çərçivəsində daim müəssisədə yaşayan 10 nəfər qız üçün Təhsil Nazirliyi tərəfindən ailə əsaslı kiçik qrup evi tikilərək istifadəyə verilib. Dövlət uşaq müəssisələrində qiymətləndirmə aparılıb və himayədar ailələrə veriləcək 50 nəfər uşaq seçilərək müəyyənləşdirilib.
Himayədar ailə olmaq istəyən şəxslərə təlimlərin keçirilməsi üçün Xəzər rayonunda Ailə Təlim və Məsləhət Mərkəzi istifadəyə verilib və Ailə Təlim Proqramının tətbiqinə başlanılıb.
Dövlət Proqramının Tədbirlər Planı və dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plana uyğun olaraq Nazirlər Kabinetinin qərarı ilə kar uşaqlar üçün iki xüsusi internat məktəb birləşdirilib, onların bazasında sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi yaradılıb. Beləliklə, Təhsil Nazirliyinin tabeliyindəki dövlət uşaq müəssisələrinin sayı 38-ə enib.
Cari ilin əvvəlindən bu günədək 48 uşaq bioloji ailələrinin himayəsinə, 8 nəfər isə övladlığa verilib. Uşaqların ailələrə verilməsi ilə bağlı müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsinə dair 10 adda sənəd hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün (lal-kar) internat məktəblərdə təlim-tərbiyə alan şagirdlərə keyfiyyətli təhsil imkanlarının yaradılması və təhsil hüquqlarının təmin edilməsi məqsədi ilə yeni nəsil dərsliklər, əyani təlim vəsaitləri, müəllimlər üçün metodiki vəsaitlər hazırlanıb, nəşr edilib və müəssisələrə paylanılıb.
Dövlət uşaq müəssisələri ilə Təhsil Nazirliyi arasında elektron idarəetmə sisteminin yaradılmasının birinci mərhələsi başa çatdırılıb. Bununla bağlı xüsusi proqram təminatı hazırlanıb. Elektron idarəetmə sisteminin yaradılmasının ikinci mərhələsində isə müvafiq məlumatlar proqrama daxil ediləcəkdir.


8 il əvvəl