• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yanvarın 21-də Təhsil Nazirliyində Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 2010-cu ilin may ayında aparılmış akkreditasiyasının nəticələrinə dair iclas keçirilib.

İclasda çıxış edən Azərbaycan Dövlət Neft Akademiyası üzrə Akkreditasiya Кomissiyasının sədri Xalid Yahudov bildirib ki, ADNA-da tədrisin təhsil proqramlarına uyğun təşkilinin vəziy­yə­ti və Dövlət Təhsil Standartlarının tələblərinə uyğunluğu təhlil olunub, mü­təxəssis hazırlığının keyfiyyətini öyrənmək məqsədilə sonuncu kurs tələbələri­nin bilik səviyyəsi yoxlanılıb. Ali məktəbin Elmi Şurasının qərarı ilə attestasiyaya buraxılış kursundan bakalavriat səviyyəsi üzrə 62, magistratura səviyyəsi üzrə 60 ixtisaslaşma təqdim olunduğunu nəzərə çatdıran X.Yahudov tələbələrin müvəffəqiyyət gös­tə­ri­cisi, professor-müəllim heyətini sayı, yaş tərkibi haqqında da məlumat verıb. O, eləcə də ixtisaslar üzrə ən yüksək və ən aşağı keyfiyyət göstəricilərini qeyd edib, komissiyanın tövsiyə və təkliflərini sadalayıb.
Bu yaxınlarda Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu xatırladan təhsil naziri Misir Mərdanov Akkreditasiya Komissiyasının qərarının ADNA-nın Elmi Şurasında müzakirə edilməsinin zəruriliyini bildirib. Nazir Akkreditasiya Komissiyasının bir sıra təkliflərinin nəzərə alınmasının Azərbaycan Dövlət Neft Akademiyasında tədrisin səviyyəsinin daha da yüksəlməsinə təkan verəcəyini vurğulayıb. Misir Mərdanov gələcəkdə ali məktəblərin akkreditasiya olunması işinə beynəlxalq ekspertlərin cəlb olunmasının mümkünlüyünü də nəzərə çatdırıb.
Sonra iclasda müzakirə olunan məsələ ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.


8 il əvvəl