7 saylı Bakı peşə liseyində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələri rəhbərlərinin iştirakı ilə iclas keçirilib. İclasda Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov 2008-ci ilin yekunlarına dair təqdimat edib.
Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov 2008-ci ilin yekunlarına dair təqdimat edib. O öz təqdimatında Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” nın icrasının ilk ilində əldə edilmiş nəticələr barədə iclas iştirakçılarına məlumat verib.
N. Məmmədov bildirib ki, 2008-ci ildə bu sahədə müəyyən dəyişikliklər aparılıb. Belə ki, son 20 ildə yeni bir peşə təhsili kompleksi- “Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi” istifadəyə verilib, Avstriyanın Hilsferk təşkilatı ilə birgə həyata keçirilən layihə çərçivəsində Cəbrayıl rayonu 131 saylı peşə məktəbinin fəaliyyəti bərpa edilib. Eyni zamanda N.Məmmədov qeyd edib ki, peşə təhsili müəssisələri 5 günlük iş rejiminə keçib və bununla əlaqədar olaraq tədris planları yeniləşdirilib.
İclasda şöbə müdiri ötən il peşə təhsili müəssisələrindən olan 10 nəfər gənc mütəxəssisin Türkiyənin İzmir şəhərində yerləşən peşə təhsili müəssisəsinə 1 aylıq ixtisasartırma kursuna göndərilməsi, 9 məktəbin əsaslı təmir və müasir avadanlıqlarla təchiz edilməsi, peşə təhsili müəssisələrinin əyani vəsaitlərlə təmin edilməsi və s. kimi nailiyyətlərlə yanaşı, bir sıra problemlərin mövcud olduğundan da söz açıb.
Sonra 2009-cu ildə qarşıya qoyulan məqsədlər haqqında danışan şöbə müdiri Təhsil nazirinin müvafiq əmri ilə yaradılmış “İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzi” barədə də iclas iştirakçılarına məlumat verib.
Daha sonra məktəb rəhbərlərinin iştirakı ilə müzakirələr aparılıb və belə iclasların mütəmadi olaraq keçirilməsi qərara alınıb.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55