• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Oktyabrın 30-da “Ankara məktəbi” məktəb-liseyində seminar keçirilib.

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində reallaşdırılan “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi” alt-komponentin icra planına və Təhsil Nazirliyinin 2010-2012-ci illəri əhatə edən strateji planına əsasən keçirilən “Rayon (şəhər) təhsil şöbələri (idarələri) üçün strateji planlaşdırma prosesi və strateji planların hazırlanması” adlı təlimati seminarın məqsədi yerlərdə strateji planlaşdırma mexanizminin və yeni hesabatvermə sisteminin tətbiqi vasitəsilə idarəetmə sisteminin təkmilləşdirilməsidir. Seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Gəncə Şəhər Təhsil İdarəsi, ölkənin digər rayon (şəhər) təhsil şöbələri (idarələri) və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən strateji planlaşdırma prosesi üzrə müəyyənləşdirilən 66 məsul şəxs iştirak edib.  
Seminarda Nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri F.Qədirov, həmin şöbənin aparıcı məsləhətçiləri V.Əbdülrəhimov və N.Əliyev, İqtisadiyyat şöbəsi plan-maliyyə sektorunun müdiri V.Əsgərov, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupunun rəhbəri E.Rüstəmov, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin koordinatoru R.İsayeva çıxış edib, fikir və təkliflərini bildiriblər.
Seminar iştirakçılarına strateji planlaşdırmanın məqsədi, bu prosesin həyata keçirilməsi üçün yerlərdə müvafiq işçi qrupunun yaradılması və həmin prosesə maraqlı tərəflərin cəlb edilməsi, strateji planın elementləri, fəaliyyət və büdcə planlarının hazırlanması barədə təqdimatlar vasitəsilə ətraflı məlumat verilib, bu istiqamətdə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  
Həmçinin, müvafiq sənədlər toplusu (Təhsil Nazirliyinin 2010-2012-ci illər üçün Strateji Planı, “Rayon (şəhər) təhsil şöbələri (idarələri) üçün strateji planlaşdırma prosesi və strateji planların hazırlanması” adlı təqdimat və rayon (şəhər) təhsil şöbələri (idarələr) üçün strateji planın çərçivəsi) təqdim edilib.
Seminarın sonunda rayon (şəhər) təhsil şöbələrin (idarələrin) 2011-2012-ci illər üçün strateji planlarının ilkin layihəsinin 30 noyabr 2010-cu il tarixinə qədər Nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə təqdim edilməsi iştirakçıların nəzərinə çatdırılıb.


8 il əvvəl