• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sentyabrın 15-də-Bilik Günündə Bakının Səbail rayonundakı 132-134 nömrəli təhsil kompleksi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı müasir standartlara uyğun əsaslı surətdə yenidən qurulmuş təhsil kompleksi ilə tanış oldu.
Məlumat verildi ki, Prezidentin xüsusi tapşırığı ilə əsaslı şəkildə yenidən qurulmuş dördmərtəbəli təhsil kompleksində həm müəllimlərin yüksək səviyyədə fəaliyyəti, həm də şagirdlərin biliklərin əsaslarına mükəmməl yiyələnmələri üçün hər cür şərait yaradılmışdır. Şagirdlərin də, müəllimlərin də açılışını səbirsizliklə gözlədikləri bu bilik ocağında keyfiyyət, müasirlik və yüksək zövq vəhdət təşkil edir. İndi bu məktəb maddi-texniki bazasının zənginliyinə görə ölkəmizdə müasir təhsil komplekslərindən birinə çevrilmişdir. Xalqımızın maarifləndirilməsində, Azərbaycan elminin inkişaf etdirilməsində böyük xidmətləri olmuş yüzlərlə alimə ilk savad vermiş bu təhsil ocağında bu gün minədək şagirdin təlim-tərbiyəsi ilə 110 müəllim məşğuldur.
Prezident İlham Əliyev təhsil kompleksində yaradılmış Heydər Əliyev Muzeyinə, fənn kabinetlərinə, idman, akt zallarına, tarix muzeyinə, ayrı-ayrı sinif otaqlarına, bufetə baxdı, tədris prosesi, dərs vəsaitləri, təhlükəsizlik sistemi ilə maraqlandı.
Dövlətimizin başçısı təhsil kompleksi nəzdində fəaliyyət göstərən uşaq bağçası ilə də tanış oldu. Kompleksdə gözəl şərait yaradıldığını bildirən Prezident İlham Əliyev yeni dərs ilinin başlaması münasibətilə məktəbin müəllimlərini və şagirdlərini təbrik etdi, onlara uğurlar arzuladı.
Təhsil kompleksində yaradılmış şərait müəllim-şagird kollektivinin böyük sevincinə səbəb olmuşdur. Məktəbin müəllimi Leyla Təhmasib göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə pedaqoji kollektiv adından təşəkkür etdi.
Dövlətimizin başçısına təhsil kompleksinin müəllimi Ülkər Hüseynovanın müəllifi olduğu “Mənim fəxrim-məktəbim!” kitabı təqdim olundu. Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc.


8 il əvvəl