• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən ölkəmizin ümumtəhsil müəssisələrində son zəng 30 may 2009-cu il tarixdə saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız tədris ocaqlarının ərazisində keçiriləcək.

Təhsil sahəsində zəngin hadisələrlə əlamətdar olan 2008-2009-cu dərs ili başa çatmaq üzrədir. Bu tədris ilində ümumtəhsil müəssisələrində dərs məşğələləri 30 may 2009-cu il tarixdə sona yetir. Ənənəyə görə dərs məşğələlərinin başa çatması bir qayda olaraq son zəng mərasimi ilə yekunlaşdırılır.
Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən ölkəmizin ümumtəhsil müəssisələrində son zəng 30 may 2009-cu il tarixdə saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız tədris ocaqlarının ərazisində keçiriləcək. Qərara alınıb ki, ümumtəhsil müəssisələrində keçirilən son zəng tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin iştirakı təmin edilsin.
Təhsil nazirinin müvafiq əmrində qeyd edilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və bütün rayon (şəhər) təhsil şöbələri son zəngin məzmunlu və yaddaqalan keçirilməsi ilə bağlı təşkilati işləri vaxtında başa çatdırmalı, şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər görməli, son zəngi məzunların həyatında ən əlamətdar hadisələrdən birinə çevirmək üçün valideynlərlə pedaqoji kollektivin birgə səmərəli fəaliyyətinə nail olmalıdırlar.


8 il əvvəl