• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyulun 10-da Təhsil Nazirliyində Junior Achievement Azərbaycan təşkilatının həyata keçirdiyi Beynəlxalq Qlobal Biznes Yarışının finalına vəsiqə qazanmış tələbə və şagirdlərlə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb. Azərbaycan məktəblilərinin Beynəlxalq Qlobal Biznes Yarışlarında uğurla çıxış etməsini yüksək dəyərləndirən təhsil naziri ölkəmizdə 2000-ci ildən fəaliyyətə başlayan Junior Achievement Azərbaycan təşkilatının ötən illər ərzində ölkəmizin 26 bölgəsində minlərlə şagirdə və 300-dən artıq müəllimə təlim keçdiyini qeyd edib. Misir Mərdanov Təhsil Nazirliyinin bu işi dəstəklədiyini diqqətə çatdıraraq proqramın təşkilatçılarına öz təşəkkürünü bildirib, müvafiq istiqamətdə tədbirlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir eyni zamanda qeyd olunan yarışın finalına vəsiqə qazanmış Azərbaycan Dövlət Neft Akademiyasını və Bakının 95 saylı məktəbini təmsil edən tələbə və şagirdləri təbrik edib, onlara son mərhələdə də uğurla çıxış etməyi arzulayıb. 

Sonra nazir sözü Junior Achievement Azərbaycan təşkilatının icraçı direktoru Vüsal Xanlarova verib.

V.Xanlarov “Məktəblərdə iqtisadiyyatın tədrisi proqramı” mövzusunda təqdimat-məruzə edib. Proqramın mahiyyəti, vəzifələri, həyata keçirilən layihələr barədə məlumat verən V.Xanlarov qeyd edib ki, burada əsas məqsəd yuxarı sinif şagirdlərinə iqtisadiyyat və biznesin inkişafı üzrə nəzəri və praktiki biliklər öyrətmək, onlarda işə hazırlıq, maliyyə savadı, sahibkarlıq bacarıqlarını inkişaf etdirməkdir. İcraçı direktor bildirib ki, ölkəmizdə Beynəlxalq Qlobal Biznes Yarışı StatoilHydro Azərbaycan, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Chevron Xəzər, Baker McKenzie, Amerika Ticarət Palatası və Bakcell tərəfindən maliyyələşdirilən, Junior Achievement Azərbaycan təşkilatının həyata keçirdiyi “Məktəblərdə iqtisadiyyatın tədrisi proqramı” çərçivəsində təşkil olunur və yarışın final görüşü cari ilin 16-20 avqust tarixlərində Braziliyanın San Paolo şəhərində baş tutacaq.

Tədbirdə iştirak edən bir sıra beynəlxalq təşkilatların rəhbərləri bu layihəni birgə qazanılan uğur adlandıraraq müvafiq istiqamətdə fəaliyyətin və əməkdaşlığın davamlı olacağına inamlarını ifadə ediblər.

Sonda yarışın final mərhələsinə vəsiqə qazanan qaliblərə sertifikatlar təqdim olunub.


8 il əvvəl