• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bu gün Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilib.

Bakı şəhəri üzrə 73 imtahan mərkəzində 24933, Sumqayıt şəhəri üzrə 11 imtahan mərkəzində 4083 şagird imtahan verib.
Ötən tədris illərində Bakı şəhəri üzrə attestat ala bilməyən 1790 nəfər XI sinif məzunu da bu gün 4 imtahan mərkəzində, Sumqayıt şəhəri üzrə isə 240 nəfər XI sinif məzunu 1 imtahan mərkəzində imtahan verib.
Məlumat üçün qeyd edək ki, bu gün ümumilikdə Bakı şəhəri üzrə 77 imtahan mərkəzində 26723, Sumqayıt şəhəri üzrə 12 imtahan mərkəzində 4323 şagird imtahan verib.


8 il əvvəl