"Khan Academy"nin qurucusu ilə təhsildə yeni çağırışlar müzakirə ediləcək
7 yanvar saat 19:00-da “Yeni çağırışlar” adlı onlayn müzakirə proqramının ilk buraxılışı yayımlanacaq.
Proqramın ilk qonağı dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khandır. Görüş Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.
Sal Khan 2005-ci ildə qurduğu ödənişsiz təlim platforması olan "Khan Academy" ilə bütün dünyaya səs salıb. “Hər kəs üçün, hər yerdə ödənişsiz dünya təhsili vermək” missiyası ilə formalaşan "Khan Academy" bütün yaşlarda olan insanlar üçün fərdi öyrənmə qaynağıdır. Hər birinin özünəməxsus hekayəsi olan milyonlarla tələbə "Khan Academy"də öz tempinə uyğun mənbələrdən yararlanır, qlobal sinifdə müxtəlif fənləri öyrənmək imkanı qazanır.
Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə start verilən proqramın ayda iki dəfə yayımı planlaşdırılır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. "Yeni çağırışlar” müzakirə proqramına abunə olmaq istəyənlər “T-network” "Facebook" səhifəsinə (https://www.facebook.com/tnetwork.az/) müraciət edə bilərlər.
3 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55