Məktəb psixoloqları üçün ixtisasartırma təlimləri
5 il əvvəl
Şagirdlərə distant psixoloji dəstəyin göstərilməsi məqsədilə məktəb psixoloqları üçün ixtisasartırma təlimlərinə start verilib.
Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən təlimlərin əsas məqsədi məktəb psixoloqlarının şagirdlərə onlayn psixoloji dəstəyin göstərilməsi üçün bilik və bacarıqlarının artırılmasıdır.
Təlimlərə ölkə üzrə 800 məktəb psixoloqu cəlb olunub. Təlimlər Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən "Microsoft Teams" platforması üzərindən keçirilir.
Bu günədək "Distant psixoloji məsləhət prosesinə giriş", "Psixoloji məsləhət prosesinə başlayarkən", "Onlayn təlim və superviziya", "Onlayn psixoloji məsləhətdə müraciət edən şəxsi məlumatlandırma", "Onlayn terapiyada psixodiaqnostik vasitələrin tətbiqi" mövzularında təlimlər keçirilib.
Qeyd edək ki, təlimlər 25 dekabr tarixinədək davam edəcək.
Digər xəbərlər
-
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
28.10.2026 - 17:31 -
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” sessiyası keçirilib
28.10.2026 - 15:30 -
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
28.10.2026 - 10:45 -
Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin açılışı olub
28.10.2026 - 10:00 -
Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
27.10.2026 - 18:17
