Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri müzakirə olunub

20.11.2026 - 17:00


Noyabrın 20-də  Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində 2026–2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə həsr olunmuş görüş keçirilib.

 

Orta ixtisas təhsili müəssisələrinin rəhbər və işçi heyətinin iştirak etdiyi görüşdə cari tədris ili üzrə qəbul göstəriciləri əvvəlki illərin nəticələri ilə müqayisə edilib, sahənin inkişaf perspektivləri və qarşıda duran vəzifələr müzakirə olunub.

 

Görüşü giriş sözü ilə açan Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman orta ixtisas təhsili sahəsində həyata keçirilən islahatlar, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər və təhsil müəssisələrindən əsas gözləntilər barədə məlumat verib.

 

Daha sonra Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva 2026–2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə dair təqdimatla çıxış edib. Təqdimatda 2021–2022-ci tədris ilindən başlayaraq tələbə qəbulunun dinamikası və faktiki qəbul göstəriciləri, eləcə də ixtisaslar və təhsil müəssisələri üzrə nəticələr əks olunub. Qəbul olunan tələbələrin demoqrafik göstəriciləri və məzunların məşğulluq vəziyyəti də təhlil edilib.

 

Görüşdə təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması, tələbə qəbulu planlaşdırılarkən əmək bazarının ehtiyaclarının və təhsil müəssisələrinin potensialının nəzərə alınması, habelə məzunlarla əlaqələrin gücləndirilməsi və karyera dəstəyi məsələləri diqqətə çatdırılıb.

 

Sonda orta ixtisas təhsili müəssisələrinin rəhbərləri ilə tələbə qəbulunun nəticələri, mövcud çağırışlar və qarşıda duran prioritet vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.