51-ci Beynəlxalq Fizika Olimpiadasında qazanılan uğur
7-14 dekabr 2020-ci il tarixlərində 51-ci Beynəlxalq Fizika Olimpiadası (Beynəlxalq Virtual Fizika olimpiadası) təşkil edilib. 47 ölkə və 235 iştirakçının yarışdığı olimpiadaya məktəblilərimiz onlayn qaydada qoşulublar.
Nəzəri və praktiki turlardan ibarət olan olimpiadada Azərbaycanı təmsil edən şagirdlər uğurla iştirak ediblər. Belə ki, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdi Murad Bəşirov bürünc medala, həmin gimnaziyanın XI sinif şagirdi Sirac Yəhyazadə və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Ayhan Süleymanzadə isə olimpiadanın “Həvəsləndirici mükafat” sertifikatına layiq görülüblər.
5 il əvvəl
Digər xəbərlər
-
“Danışır təcrübə” layihəsinin XII görüşünün qonağı Vüsal Hüseynov olub
31.08.2026 - 14:21 -
Azərbaycan və Türkiyənin ali təhsil əməkdaşlığında yeni mərhələ
28.08.2026 - 17:45 -
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edib
28.08.2026 - 17:36 -
Elm və təhsil naziri Yardımlıda vətəndaşları qəbul edəcək
27.08.2026 - 15:39 -
Bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyata start verilir
27.08.2026 - 15:00
