Müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
Sentyabrın 30-da “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsi və Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
Memorandum Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvar tərəfindən imzalanıb.
Anlaşma Memorandumunun məqsədi müdafiə sənayesi üçün kadr hazırlığı, akademik mübadilə, istehsalat təcrübəsi və texnologiya sahələrində tərəflər arasında dördtərəfli əməkdaşlığın ümumi çərçivəsini müəyyən etməkdir.
Memoranduma əsasən, tərəflər arasında prioritet ixtisas sahələri üzrə birgə təhsil proqramlarının hazırlanması, müdafiə sənayesi müəssisələrinin mühəndis, texniki və idarəetmə heyəti üçün ixtisasartırma, yenidənhazırlanma proqramlarının təşkili, ali təhsil müəssisələrinin akademik heyətinin və tələbələrinin qarşılıqlı mübadiləsi, tələbələrin və gənc mütəxəssislərin hər iki ölkənin müdafiə sənayesi müəssisələrində təcrübə keçməsi, texnoparklar arasında birbaşa əlaqələrin qurulması və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulur.
30.09.2026 - 21:18
Digər xəbərlər
-
Elm və təhsil naziri və Laos Xalq Demokratik Respublikasının Prezidenti Bakı Dövlət Universitetində tələbələrlə görüşüb
13.10.2026 - 23:10 -
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12
