"Qarabağın musiqi tarixi – aşıq sənəti" onlayn respublika müsabiqəsi
“Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı onlayn respublika müsabiqəsinə müraciətlərin qəbulu davam edir. Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqə 16 noyabr 2020-ci il – mart 2021-ci il tarixlərini əhatə edir.
Müsabiqənin keçirilməsində əsas məqsəd musiqi tariximizdə öz qədimliyi ilə seçilən Qarabağ aşıq sənətinin təbliği, qədim və müasir el havalarının öyrənilməsi və qorunması, Qarabağ aşıq sənətinin dünyada tanıdılması üzrə gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bu işin ölkənin regionlarında daha da canlandırılmasının təmin edilməsinə dəstək verilməsindən ibarətdir.
Müsabiqə 3 yaş qrupu (9-11 yaş; 12-14 yaş; 15-17 yaş) və 3 nominasiya (Qarabağa aid müxtəlif xarakterli aşıq havaları, gözəlləmə, müxəmməs) üzrə keçirilir. 18-20 yaş arası gənclərin də müsabiqəyə qoşulması mümkündür. Müsabiqədə yalnız 1 nominasiya üzrə iştirak edə və seçdiyiniz nominasiya üzrə 1 nömrədən ibarət videoçarx təqdim edə bilərsiniz. Videoçarxın ifa müddəti 3 dəqiqədən çox olmamalıdır.
Müsabiqəyə qatılmaq istəyənlər özləri barədə məlumatı (adı, soyadı, təvəllüdü, təhsil aldığı müəssisə, ölkə, şəhər, ünvan və əlaqə nömrəsi, nominasiya və ifa etdiyi mahnının adı) hazırladıqları videoçarx ilə birgə 30 dekabr 2020-ci il tarixinə kimi qarabagasiqseneti@gmail.com elektron ünvana göndərməlidirlər. Müsabiqə ilə bağlı (012) 492-57-67, (055) 518-00-94 (“WhatsApp”) telefon nömrələri ilə əlaqə saxlanıla bilər.
Qeyd edək ki, müsabiqənin qalibləri növbəti ilin mart ayında elan olunaraq diplom və dəyərli hədiyyələrlə mükafatlandırılacaq, bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.
5 il əvvəl
Digər xəbərlər
-
Həsən Həsənli Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclərlə İş üzrə Komitəsinin sədri ilə görüşüb
24.09.2026 - 18:40 -
Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır
24.09.2026 - 15:11 -
“UI GreenMetric Sustainable University Rankings 2026 Results and Awards Ceremony” öz işinə başlayıb
23.09.2026 - 17:51 -
Doktorantların və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı (NASCO29) keçiriləcək
23.09.2026 - 15:20 -
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir
23.09.2026 - 09:38
