• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Virtual təhsilə dəstək" mövsuzunda onlayn tədbir keçirilib

“Virtual məktəb” layihəsinə dəstəyin təşviqi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən özəl sektorun iştirakı ilə onlayn tədbir keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov və 20-dən çox şirkətin rəhbər və rəsmi nümayəndələri iştirak ediblər.

Nazir müavini Məhəbbət Vəliyeva ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in məqsədi və imkanları barədə məlumat verib.  Nazir müavini qeyd edib ki,  hazırda layihə üzrə platformada ümumi istifadəçi sayı şagirdlər üzrə 1,3 milyondan çox, müəllimlər üzrə 113 min, aktiv istifadəçilərin sayı isə 1 milyona çatıb. Bununla yanaşı, layihənin əhatə dairəsi hər gün genişlənsə də, bəzi ailələrdə zəruri texnologiyaların olmaması səbəbindən təhsilalanlar və təhsilverənlər distant tədrisə qoşulmaqda çətinliklərlə üzləşirlər.  Məhəbbət Vəliyeva bu kimi problemlərin qismən aradan qaldırılması üçün dövlət və özəl qurumlar arasında davamlı tərəfdaşlığın qurulmasının əhəmiyyətli olduğunu vurğulayıb.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Virtual məktəb” barədə geniş təqdimatla çıxış edərək platformanın üstünlükləri və mövcud yeniliklər barədə danışıb. Eyni zamanda bildirilib ki, platforma özəl və dövlət sektor nümayəndələri ilə əməkdaşlığa açıqdır və artıq bir sıra qurumlarla səmərəli əməkdaşlıq qurulub. Belə ki, layihə çərçivəsində "Azercell" şirkəti 30 000 müəllim, "AzEduNet" şirkəti isə 10 000 müəllim üçün aylıq internet paketləri təmin edib,  "BestComp" şirkəti 1000 kompüter ianə edərək cəbhəyanı təhsil müəssisələrində internet kompüter mərkəzlərinin yaradılmasına dəstək verib. "Enginet", "Bakcell" və "İTE" şirkətləri müəllimlər üçün xüsusi endirimli internet bağlantısı tarifi təqdim edib. "Crocussoft", "Unibank" və "İnteqral" şirkətləri isə bu yaxınlarda uzun müddətli kredit şərtləri və endirimli qiymətlərlə təhsilalanlar və təhsilverənlər üçün avadanlıq həlləri təqdim edəcəklər. İdarə rəisi layihə üzrə Təhsil Nazirliyinin digər maraqlı şirkətlərlə də əməkdaşlığa açıq olduğunu bildirib.

Daha sonra layihə çərçivəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində tədbir iştirakçıları ilə müzakirələr aparılıb.


3 il əvvəl