• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 1-də Təhsil Nazirliyində Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir keçirilib.

Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq öncə bu günün tarixi barədə məlumat verərək qeyd edib ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı səslənən təkliflərə əsasən 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb.
Sonra nazir ölkəmizdə uşaqların rifahının yüksəldilməsi məsələlərinin dövlət başçısının daim diqqət mərkəzində olduğunu xüsusi qeyd edib. Nazir bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin uşaqların müdafiəsi sahəsində qoyduğu ənənələr bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Təhsil naziri daha sonra “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”na uyğun olaraq görülən işləri, proqramdan irəli gələn vəzifələrin bir sıra dövlət və beynəlxalq qurumlar ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirildiyini xüsusi qeyd edib. Misir Mərdanov cari ilin fevralında yaradılmış “Uşaq Qaynar Xətt Xidməti”nin fəaliyyətə başlamasını Azərbaycanda uşaqların müdafiəsinin daha etibarlı təminatına doğru atılan addım kimi dəyərləndirib və bu işə dəstək göstərənlərə təşəkkürünü bildirib.
Tədbirdə YUNİSEF-in Azərbaycandakı nümayəndəsinin müavini Rəşid Mustafa təmsil etdiyi qurumla Təhsil Nazirliyi arasında yaradılan sıx əməkdaşlıqdan danışıb və birgə həyata keçirilən layihələr nəticəsində əldə olunan irəliləyişləri nəzərə çatdırıb. R.Mustafa de-institutlaşma sahəsində görülən işləri təqdirəlayiq hal kimi qiymətləndirib, Təhsil Nazirliyi nəzdində De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin yaradılmasını bu sahəyə olan diqqətin bariz nümunəsi olduğunu qeyd edib.  
“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nin rəhbəri Cəmilə Tağıyeva tədbirdə xidmətin gördüyü işlərə dair təqdimat-məruzə ilə çıxış edib. C.Tağıyeva xidmətin yaradılmasının əsas məqsədi, fəaliyyəti, onun vəzifələri və bu işə dəstək göstərən təşkilatlar barədə məlumat verib. Xidmətin rəhbəri cari ilin fevralından ötən müddətdə 265 müraciət qəbul etdiklərini və bu müraciətlərin psixoloji, sosial, təhsil, hüquq və səhiyyə sahələrinə aid olduğunu bildirib.
Sonda “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nin səmərəliliyinin artırılması ilə bağlı rəy və təkliflər verilib.


8 il əvvəl