• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Xüsusi karantin rejimi dövründə təhsilin təşkilinə dair brifinq

Oktyabrın 30-da Nazirlər Kabinetinin  "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə" Qərarı ilə bağlı brifinq keçirilib.

Brifinqdə çıxış edən Təhsil naziri Emin Əmrullayev Ermənistan Silahlı Qüvvələrinin ölkəmizə qarşı davam edən hərbi təcavüzünə toxunub, düşmən təcavüzü nəticəsində zərər dəymiş təhsil müəssisələri, həlak olan və yaralanan məktəblilər barədə danışıb. Təhsil naziri təəssüf hissi ilə bildirib  ki, bu təcavüz nəticəsində son bir ayda 9 şagirdimiz həlak olub, 16 şagirdimiz yaralanıb, eləcə də 50-yə yaxın təhsil müəssisəsi müxtəlif dağıntılara məruz qalıb.

Emin Əmrullayev  Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, noyabrın 2-dən bütün təhsil pillələri üzrə tədrisin distant qaydada təşkil olunacağını diqqətə çatdırıb və qeyd edib ki, distant təhsil mövcud durumdan çıxış yoludur. Distant təhsilin təminatı üçün müxtəlif onlayn platformaların fəaliyyətinə toxunan Təhsil naziri həmçinin, "Microsoft Teams"in Azərbaycan dilində olan versiyasının artıq hazır olduğunu diqqətə çatdırıb. Eyni zamanda həmin platformaların növbəti həftələrdə VPN olmadan işləyəcəyini bildirib.

Təhsil naziri qeyd edib ki, epidemioloji vəziyyət imkan verdiyi təqdirdə yaxın gələcəkdə mərhələlərlə əyani təhsil bərpa oluna bilər.

Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

 


3 il əvvəl