• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dərslikdə erməni bayrağının rənglərinin olması iddiasına dair Təhsil Nazirliyinin açıqlaması

Təhsil Nazirliyi bəyan edir ki, sosial şəbəkələrdə yayılmış erməni bayrağının rənglərinin əks olunduğu iddia edilən kitabların heç biri dərslik deyildir və Təhsil Nazirliyi tərəfindən nəşr edilməmişdir. Təhsil Nazirliyinin məktəblər üçün nəşr etdirdiyi bütün dərsliklərlə www.trims.edu.az saytının “Qrifli dərsliklər” bölməsində tanış olmaq mümkündür. Təhsil sahəsi və dərsliklər ictimaiyyətin daim maraq dairəsində olduğundan  bəzi maraqlı şəxslər vaxtaşırı olaraq belə köhnəlmiş və ya uydurma məlumatları yaymaqla  insanlar arasında süni ajiotaj və narazılıq yaratmağa cəhd edirlər. Çünki bir çox insanlar yayılan xəbəri araşdırmadan onu mütləq həqiqət kimi qəbul edirlər. Təhsil Nazirliyi geniş ictimaiyyətdən dərsliklər barədə yayılan xəbərlərin  doğruluğunu www.trims.edu.az saytı vasitəsilə yoxlamağı xahiş edir.

Eyni zamanda bildiririk ki, istənilən kitab nəşriyyat məhsulu hesab edilir və onun hazırlanması zamanı mövcud qanunvericiliyə əsasən, nəşr üçün nəzərdə tutulmuş materialların senzurasına yol verilmir. Hər bir hüquqi və ya fiziki şəxs nəşriyyat məhsulunun sifarişçisi ola bilər.


3 il əvvəl