"Virtual məktəb"lə bağlı alternativ müraciət vasitələri
Sentyabrın 15-dən etibarən “Virtual məktəb" layihəsi ilə bağlı 146-4 “Qaynar xətt” xidməti istifadəyə verilib.
Daxil olan müraciətlərin çoxluğu nəzərə alınaraq, vətəndaşlara digər alternativ resurslardan istifadə imkanları yaradılıb.
Belə ki, "Virtual məktəb"lə bağlı "Qaynar xətt" xidməti ilə yanaşı teams@tsii.edu.az elektron poçt ünvanına, virtual.edu.az vasitəsilə “Virtual bələdçi”nin tez-tez verilən suallar xidmətinə, “Virtual məktəb”in rəsmi "Facebook" səhifəsinin (https://rb.gy/fdrnxn) ismarıc bölməsinə müraciət edə bilərsiniz.
Xatırladaq ki, pandemiya şəraitində vətəndaşların təhsil sahəsi ilə bağlı qarşılaşdıqları bir sıra çətinlikləri həll etmək, eləcə də onlara psixoloji dəstək məqsədilə Təhsil Nazirliyi mövcud xidmətlərini daha da təkmilləşdirir və yeni xidmətlər təqdim edir. Artıq bir müddətdir ki, istifadəyə verilən 146-3 "Qaynar xətt" xidmətinə mənəvi-psixoloji dəstəyə ehtiyacı olan şagirdlər, müəllimlər, eləcə də bütün vətəndaşlar müraciət edə bilərlər. Bu zaman hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil edilir, lazımi dəstəklə təmin olunur. 146-3 "Qaynar xətt" xidməti həftəiçi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir.
5 il əvvəl
Digər xəbərlər
-
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
17.08.2026 - 17:05 -
Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb
17.08.2026 - 16:32 -
Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı prosesinə başlanılır
17.08.2026 - 12:08 -
“Maarifçi”lər arasında intellektual oyun keçirilib
17.08.2026 - 11:31 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır
10.08.2026 - 17:24
