“Virtual məktəb”in yenilənmiş saytı istifadəyə verilib
Yeni tədris ilində “Virtual məktəb”in yenilənmiş saytı istifadəyə verilib.
Yenilənmiş saytın müvafiq bölmələri və xüsusiyyətləri barədə məlumat təqdim olunur:
Təlimatlar – Saytda platformada fəaliyyətin təşkili ilə bağlı müəllim və şagirdlər üçün ətraflı video təlimatlar təqdim olunub.
Virtual bələdçi – Platformadan rahat istifadəni təmin etmək və yaranan sualları cavablandırmaq məqsədilə saytda “Virtual bələdçi” xidməti mövcuddur. Xidmətdən faydalanmaq üçün istifadəçilər “Sualınız var?” bölməsinə keçid edib, onları maraqlandıran sualları seçməklə, cavablarla tanış ola bilərlər.
Elanlar – “Virtual məktəb”də yeniliklər barədə məlumatlandırma məqsədi ilə elanlar bölməsi yaradılıb. Bu bölmədə mütəmadi olaraq keçiriləcək onlayn tədbirlər barədə xəbərlər yerləşdiriləcək.
Müəllim bloqu – Saytda innovativ müəllimlər üçün öz təhsil məzmunlu bloqlarını təqdim etmək imkan yaradılıb. Bu hissədə müəllimlər interaktiv alətlərlə keçirilən dərs nümunələri və təcrübələrini videoformatda təqdim edə biləcəklər.
Elektron poçt və saxlanc – “Virtual məktəb” istifadəçiləri üçün rəsmi elektron poçt və ödənişsiz virtual saxlanc xidmətləri mövcuddur. Elektron poçt vasitəsilə Təhsil Nazirliyi ilə müəllimlər arasında, müəllimlərlə şagirdlər arasında məktubların rahat və təhlükəsiz mübadiləsi mümkündür. Həmçinin 1TB həcmində olan virtual saxlanc xidməti vasitəsilə onlayn mühitdə tədrislə əlaqədar faylların saxlanılması, paylaşılması və onlayn redaktə edilməsi imkanları təqdim edilir.
5 il əvvəl
Digər xəbərlər
-
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
17.08.2026 - 17:05 -
Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb
17.08.2026 - 16:32 -
Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı prosesinə başlanılır
17.08.2026 - 12:08 -
“Maarifçi”lər arasında intellektual oyun keçirilib
17.08.2026 - 11:31 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır
10.08.2026 - 17:24
