• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yeni beynəlxalq onlayn müsabiqəyə start verilib

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən cari ilin 15 may-5 iyun tarixlərini əhatə edən “Pəncərəmdən açılan mənzərə” adlı beynəlxalq uşaq fotomüsabiqəsinə start verilir.

Fotomüsabiqənin keçirilməsində əsas məqsəd dünya uşaqları arasında dostluq münasibətini möhkəmləndirmək, onlarda foto sənətinə maraq oyatmaq, mövzu ilə bağlı maraqlı fikir və düşüncələrini müəyyən etmək, istedadlı uşaqları üzə çıxarmaqdan ibarətdir.

3 nominasiya (“Pəncərəmdən açılan mənzərə”, “Adidə qeyri-adilik”, “Sevdiklərim”) üzrə keçirilən fotomüsabiqədə 3 yaş qrupundan (7-9, 10-13, 14-17) olan məktəblilərin iştirakı nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək istəyənlər fotoşəkilləri iyunun 5-dək 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin elektron poçt ünvanına (ugim-3@mk.edu.az) göndərməlidir. Müsabiqəyə qatılan iştirakçı hər nominasiya üzrə 1 fotoşəkil təqdim etməklə bütün nominasiyalarda iştirak edə bilər.

Bütün nominasiyalarda hər yaş qrupu üzrə qaliblər müsabiqənin Təşkilat Komitəsinin seçdiyi münsiflər heyəti tərəfindən müəyyənləşdirilərək 5 iyun tarixində elan ediləcək və Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar. Həmçinin qalib fotolar sosial şəbəkələrdə və digər media qurumlarında geniş işıqlandırılacaq.

Qeyd edək ki, bütün dünyanı bürüyən yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar onlayn platformada keçirilən beynəlxalq fotomüsabiqədə ölkəmizdən paytaxt məktəbliləri ilə yanaşı Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Belarus, İtaliya, Niderland, Almaniya və digər xarici ölkələrin məktəbliləri də iştirak edəcək.


3 il əvvəl