• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Gənc-ekoloq liderlərin V Ekoloji Forumu

Aprelin 30-da Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində Bakı məktəblilərinin ikigünlük V Ekoloji Forumu öz işinə başlayıb. Ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar cari ildə V Ekoloji Forum onlayn platformada təşkil edilib.

Forumun keçirilməsində əsas məqsəd ətraf mühitin qorunması sahəsində məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda xüsusi bacarıq və səriştənin formalaşdırılması, “Yaşıl şəbəkə” devizi altında uşaq və gənclərin ekoloji hərəkatının genişləndirilməsi, 2019-cu il fəaliyyətinə dair təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

"Yaşıl şəbəkə” – Ekoklub üzvlərinin V Ekoloji Forumunun birinci günü Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə açılış nitqi ilə çıxış edib. Daha sonra Təhsil nazirinin müavini Firudin Qurbanov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının  (BMTİP) Rezident Numayəndəsinin müavini Çaru Bistin videokonfrans formatında salamlama nitqi ilə çıxış ediblər. Həmçinin Forumun ilk günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədovanın onlayn təqdimatının ardınca iştirakçıların sualları cavablandırılıb, seçilmiş 170 ekoklub lideri 2019-2020-ci tədris ili üçün ekoklubların illik hesabatı, “İqlim dəyişmələrinin əhaliyə təsiri” və “COVİD-19 pandemiyası – karantində həyat” mövzularında təqdimatlarla çıxış ediblər. Forumun plenar sessiyasında BMTİP Baş Proqram müşaviri Çingiz Məmmədov və "BMT-nin İqlim dəyişmələri üzrə konvensiyasına Dördüncü Milli Məlumatın hazırlanmasına texniki yardım” layihəsinin assistenti Elana Əlizadənin moderatorluğu ilə "Azərbaycanda ekoloji problemlər” mövzusunda onlayn təqdimat keçirilib.

Daha sonra biomüxtəliflik üzrə müstəqil ekspert Nicat Həsənovun moderatorluğu ilə "COVİD-19 və planetin biomüxtəlifliyi” mövzusunda onlayn diskussiya təşkil olunub.

Forumun ikinci günü “Liderlik qabiliyyəti və uğurlu təqdimat” mövzusunda onlayn ustad dərsi keçiriləcək. Bu bölümdə AMEA Mərkəzi Nəbatat Bağının (MNB) Gənc Alim və Mütəxəssislər şurasının sədri Fərid Seyfullayevin təqdimatı, suallar və cavablar, məşhur beynəlxalq ekoloqların video mesajları forum iştirakçılarının diqqətinə çatdırılacaq. Foruma “Evdə qalaq, sağlam olaq” devizi altında Sevinc Fərəcovanın rəhbərliyi ilə gimnastika üzrə onlayn fləşmobun nümayişindən sonra yekun vurulacaq.

Qeyd edək ki,  2016-cı ildə ilk ekoloji forumda iştirak edən ekoklub üzvlərinin sayı 250 olduğu halda, 4 il ərzində bu rəqəm 450-yə yüksəlib. Bu il V Ekoloji Forumun onlayn platformada keçirilməsi Bakı şəhəri üzrə 40 ümumi təhsil müəssisəsi və 27 regional UşaqGənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən ekoklubların 2000 üzvünün iki gün ərzində onlayn şəkildə sosial şəbəkələrdə canlı yayımlanan foruma qoşulmasına imkan yaradıb.

 

Təhsil nazirinin müavini Firudin Qurbanovun V Ekoloji Forum iştirakçılarına müarciəti

 

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun  V "Ekoloji Forum" iştirakçılarına müraciəti

 

BMTİP-nin Rezident Nümayəndəsinin müavini Çaru Bistin V "Ekoloji Forum" iştirakçılarına müraciəti


3 il əvvəl