• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Azercell"dən onlayn tədris verən müəllimlərə dəstək

Ümumi təhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə başlanılan "Virtual məktəb" layihəsi çərçivəsində Təhsil və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstək çağırışlarına "Azercell" də qoşulub.

Şirkət bu məqsədlə yaradılmış “Virtual məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş və "Azercell" abunəçisi olan 25000-dən çox müəllim-pedaqoji heyətinin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 10 AZN dəyərində 5GB internet paketi yükləməklə təşəbbüsə öz dəstəyini verəcək.

Qeyd edək ki, onlayn tədris üçün internet paketi alacaq müəllim-pedaqoji heyətinin siyahısı www.virtual.edu.az saytında aparılan qeydiyyat prosesinə əsasən Təhsil Nazirliyi tərəfindən təqdim olunur.

 

Hədiyyə paketinin qoşulması üçün bir neçə mühüm texniki şərtlər mövcuddur:

 

- Abunəçinin siyahıda göstərilən "Azercell" nömrəsi aktiv olmalıdır.

- Abunəçinin mobil cihazı mobil internet xidmətlərini dəstəkləməlidir.

- Abunəçi internet istifadəçisi olmalıdır.

- Abunəçinin təqdim olunan nömrəsində 5GB və ya daha artıq həcmli internet paketi, Mobil Nömrə Daşınması (MND), eləcə də “Kombo”, “MediaCell”, “Hədsiz”, “Hədsiz internet” tariflərindən hər hansı biri aktiv olmamalıdır.

- Abunəçinin təqdim olunan nömrəsində hər hansı aktiv cihaz kampaniyası olmamalıdır.

- Abunəçinin yenicə təsis olunmuş nömrəsində hədiyyə paketi xüsusi qeydiyyat qaydasında aktivləşdirilməlidir.

 

Suallarla bağlı məlumat əldə etmək və texniki dəstək üçün:

 

"Azercell" və digər yerli operatorların abunəçiləri üçün ümumi əlaqə nömrəsi - *1111.

 

1. Bütün "Azercell" abunəçiləri üçün davamiyyətindən asılı olmayaraq bir zəngin qiyməti ƏDV daxil 10 qəpik;

 

2. Digər yerli operatorların abunəçiləri üçün isə tarif paketinin şəbəkəxarici zəng tarifi ilə hesablanacaq.

 

Şəhər nömrələrindən Telefon Mərkəzinə zəng etmək üçün SimSim abunəçiləri (012) 490 49 49, fakturalı xətt abunəçiləri isə (012) 490 52 52 nömrələrinə zəng edə bilərlər.

 

Yazılı müraciət etmək üçün

 

- customercare@azercell.com

- musterixidmetleri@azercell.com


3 il əvvəl