• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yeni Peşə Təhsil Mərkəzindən məsafədən təhsil imkanı

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Təhsil Nazirliyinin təklif etdiyi “Microsoft Teams” platformasına qoşularaq təlim-tədris prosesinin məsafədən təşkilini təmin etməkdədir.

Tədrisin dayandırıldığı müddət ərzində "Microsoft Teams” platforması vasitəsilə təhsil müəssisələrinə video-bağlantı qurmaqla tədris, müzakirələri təşkil etmək üçün interaktiv alətlərdən istifadə, mühazirə və digər dərs materiallarının ötürülməsi, istənilən ölçüdə materialların yerləşdirilməsi, qrup işinin aparılması kimi imkanlar yaradılır.

Bununla yanaşı, Mərkəz tərəfindən tədrisdə yaranmış müvəqqəti fasilə ilə əlaqədar olaraq təhsilalanların dərs prosesindən kənar qalmaması üçün müvafiq videodərslərin çəkilişi davam etdirilir. Hazırlanmış videodərslər Mərkəzin “Youtube” kanalı, "Facebook" səhifəsi və video.edu.az portalında yenilənərək yerləşdirilir.

Qeyd edək ki, videodərslər Mərkəzin mütəxəssisləri tərəfindən peşə təhsilinə dair kurikuluma uyğun olaraq tərtib olunur. Dərslər Mərkəzdə tədris olunan 8 ixtisas istiqamətləri üzrə mövzuları əhatə edir, müxtəlif cihaz və avadanlıqların iş prinsipləri və təlimatlarını əks etdirir. Videodərslərdən peşə təhsili müəssisələrində təhsil alan tələbələr, həmçinin texniki sahənin müəyyən istiqamətlərində bacarıq və vərdişlərini artırmaq istəyən şəxslər, müəllimlər metodik vəsait kimi istifadə edə bilərlər.


3 il əvvəl