• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"STEAM Azərbaycan"- 1500-dən çox "üz sipəri" istehsal olunub

"STEAM Azərbaycan" layihəsi Covid-19 pandemiyasından qorunmaq üçün "üz sipəri", eləcə də bir çox tibbi cihaz və avadanlıqların müxtəlif detallarının sınaq istehsalını davam etdirir. Bu cihazlar tibbi personalın istifadəsi məqsədini daşıyır.

Sözügedən proses çərçivəsində 1500-dən çox "üz sipəri" istehsal olunaraq tibb işçilərinə paylanılıb.

İstehsal prosesi insan əməyi olmadan, xüsusi 3D printerlərlə həyata keçirilir. "Üz sipəri"nin hazırlanmasında istifadə olunan məhsullar ekoloji təmiz və insan həyatı üçün təhlükəsizdir. Bu qoruyucu sipər insanın üzünü tam örtməklə hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı müdafiə rolunu oynayır.    

Qeyd edək ki,  "STEAM Azərbaycan" layihəsinə 2019-cu ilin sentyabr ayında Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən start verilib. Layihə hazırda ölkənin 42 məktəbində 6 mindən çox şagirdi əhatə edir. Layihənin əsas məqsədi şagirdlər arasında yaradıcılıq, innovasiyalar və sahibkarlıq təfəkkürünü təşviq etməkdir.

 


4 il əvvəl