• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblinin dostları təltif edilib

“Məktəblinin dostu” layihəsinin əməkdaşları səmərəli  fəaliyyətlərinə görə təltif olunublar.

Təltifetmə mərasimində çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov məktəbdə şagird-şagird, müəllim-şagird münasibətlərinin tənzimlənməsində layihənin əhəmiyyətindən, əldə edilən müsbət nəticələrdən danışıb. Nazir müavini bildirib ki, “Məktəblinin dostu” layihəsi 70 ümumtəhsil məktəbini əhatə edir.

Hər bir şagirdə fərdi yanaşmanın vacibliyini  vurğulayan Firudin Qurbanov deyib ki, məktəblinin dostunun qarşısında duran əsas vəzifələrdən biri məktəbdə olan neqativ halların qarşısının alınmasında kömək etmək, şagirdlə dost olmaqdır. 

Daha sonra fəaliyyəti boyunca xüsusi təşəbbüskarlıq və peşəkarlıq nümayiş etdirən  "Məktəblinin dostu” layihəsinin 5 əməkdaşı, 2 psixoloq və 20 "Məktəblinin dostu" təltif edilib.

Qeyd edək ki, 2016-cı ilin dekabr ayından icrasına başlanılan “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə həyata keçirilir. Layihə ilk olaraq 30 məktəbdə fəaliyyətə başlayıb. Layihə çərçivəsində hazırda 300 əməkdaş çalışır. Layihə Bakı şəhəri üzrə 58 tam orta məktəb, 2 gimnaziya, 2 internat və 2 idman məktəbi  olmaqla ümumilikdə 64 ümumi təhsil müəssisəsini əhatə edir. Eləcə də Sumqayıtda 4, Abşeronda 2 ümumi təhsil müəssisəsində məktəblinin dostu fəaliyyət göstərir.

“Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

Layihənin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması nəzərdə tutulur.


4 il əvvəl