• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

IV beynəlxalq uşaq rəsm müsabiqəsi

Təhsil Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında “Dostluğun sehri” IV beynəlxalq uşaq rəsm müsabiqəsinə start verilib.

“Tokio 2020 Yay Olimpiya Oyunları – sağlamlıq, dostluq, birlik” mövzusunda keçirilən rəsm müsabiqəsi “Tokio 2020” Yay Olimpiya Oyunlarını uşaqlar arasında təbliğ etmək, Olimpiya dəyərləri və ideyalarını öyrətmək, uşaqlara tolerantlıq, sülh, həmrəylik, əməkdaşlıq, dostluq hisslərini aşılamaq, uşaqlar arasında idmana olan marağı artırmaq məqsədlərinə xidmət edir.

Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə təşkil olunan müsabiqədə 6-15 yaş arası respublikanın ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri iştirak edə bilərlər.      

“İdman və ətraf mühit”, “İdman və sülh”, “İdman və texnologiya”, “İdman və mədəniyyət”, “İdman və dostluq”, “İdman və inklüziya” mövzuları üzrə təşkil olunan müsabiqəyə qatılan təhsil müəssisələrindən hər yaş kateqoriyası üzrə 1 rəsm işi qəbul ediləcək.

Qaliblərin seçimi Təşkilat Komitəsinin razılığı ilə yaradılmış münsiflər heyəti tərəfindən həyata keçiriləcək. Qaliblər və mükafatçılar 2020-ci ilin iyun ayında elan olunacaq. Hər bir yaş kateqoriyası üzrə qaliblərə I, II, III dərəcəli medal, diplom və hədiyyələr təqdim ediləcək.


4 il əvvəl