“Bizim müəllim”
“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Laçın rayonu Ə.İsaxanov adına Quşçu kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Zəhra Mirzəyevaya həsr olunub.
Zəhra Mirzəyeva 2017-ci ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yüksək nəticə göstərərək 59 bal toplayıb. Elə həmin il təhsilin inkişafında göstərdiyi xidmətlərinə, eləcə də gənc nəslin təlim-tərbiyəsi sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə Təhsil Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif olunub.
2006-cı ildən pedaqoji fəaliyyətə başlayan Zəhra müəllim hər bir şagirdin fərqli olduğunu, buna görə də onlara fərdi yanaşmanı öyrənmək üçün daim öz üzərində işlədiyini deyir. Zəhra Mirzəyevanın sözlərinə görə, müəllim və şagird münasibəti qarşılıqlı inkişafın özüdür. Yaxşı müəllim həmçinin şagirdlərinə kollektivlə işləmək bacarığını, ətrafdakı insanlara qarşı diqqətli olmağı, ədalət prinsipinə riayət etməyi və ən əsası da öyrənməyi sevməyi öyrədir. Zəhra Mirzəyeva deyir ki, müasir təlimin tələb etdiyi kimi müəllimin məqsədi şüurlu şəkildə öyrənən və öyrəndiklərini tətbiq etməyi bacaran şagirdlər yetişdirmək olmalıdır. Müəllim daim axtarışda olduqda nəticələr də yüksək olur. Zəhra Mirzəyeva bildirir ki, yalnız sənətini sevən bir müəllim mükəmməl şagird yetişdirə bilər.
Qeyd edək ki, “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.
4 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55