• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlər 

Təhsil Nazirliyinin təşkilatçılığı və UNİCEF-in maliyyə dəstəyi ilə “Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlərə start verilib.

İnsan sağlamlığına birbaşa təsir göstərən amillər – iqlim dəyişiklikləri, ekosistem xidmətləri, su-sanitariya-gigiyena mövzularına həsr edilən təlimlərdə “Sağlam təhsil – sağlam millət” layihəsinə cəlb olunmuş 200-dək ibtidai sinif müəlliminin iştirakı gözlənilir.  Təlimlər bir ay ərzində davam etdiriləcək.  

Təlim çərçivəsində layihəyə cəlb olunmuş ekologiya sahəsi üzrə müstəqil ekspertlər və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekologiya sahəsi üzrə ixtisaslaşmış əməkdaşları tərəfindən monitorinq və intellektual oyunlar həyata keçiriləcək. Həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin təmin olunması məqsədilə növbəti mərhələlərdə elektron tədris resursu kimi istifadə olunacaq üç seriyalı maarifləndirici animasiya filmlərinin hazırlanması, təlimlərdən keçmiş müəllimlər tərəfindən “Həyat bilgisi” fənni üzrə Bakı şəhərində yerləşən 37 məktəbdə açıq dərslərin, “Sağlam təhsil” sinif şagirdləri arasında “Kim? Harada? Necə?” formatında intellektual oyun və valideynlər üçün maarifləndirici seminarların təşkili nəzərdə tutulub.

Qeyd edək ki, cari il iyunun 15-dən başladılan “Sağlam mühit – sağlam gələcək” layihəsi  15 dekabr 2020-ci il tarixinədək davam etdiriləcək.

Layihənin məqsədi pedaqoji heyət və şagirdlərin dayanıqlı inkişaf məqsədləri üzrə məlumatlılığının artırılması, onlarda ekoloji düşüncə tərzinin formalaşdırılmasıdır.


4 il əvvəl