Serbiyada təhsil təqaüd proqramı
Serbiya Respublikası tərəfindən 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşlarına ali təhsil üçün təqaüd proqramı elan olunub.
Serbiya hökumətinin “Serbiyada Sülh” proqramı çərçivəsində Belqrad Universiteti, Kraqujevac Universiteti, Nis Universiteti və Novi Sad Unievrsitetində təhsil almaq üçün bakalavriat (21 yaşadək namizədlər), magistratura (25 yaşadək namizədlər) və ya doktorantura (35 yaşadək namizədlər) təhsil səviyyəsi üzrə 2 təqaüd yeri ayrılıb.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları oktyabrın 25-dək tələb olunan bütün sənədləri Təhsil Nazirliyinin elektron ərizə sistemi vasitəsilə təqdim etməlidirlər.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.
6 il əvvəl
Digər xəbərlər
-
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
11.09.2026 - 16:00 -
Emin Əmrullayev AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda iştirak edib
10.09.2026 - 17:00 -
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır
09.09.2026 - 16:39 -
Nazir müavini Həsən Həsənli Qazaxda vətəndaşları qəbul edəcək
09.09.2026 - 16:10 -
Elm və təhsil naziri İTV-nin “Diqqət mərkəzi” proqramında qonaq olub
09.09.2026 - 12:14
