“TRİZ Kuboku -2019” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə görüş
Oktyabrın 17-də Təhsil Nazirliyində “TRİZ Kuboku-2019” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib.
Görüşdə iştirak edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müsabiqənin qaliblərini təbrik edib. Məktəblilərimizin beynəlxalq yarışmalarda əldə etdiyi uğurlara toxunan nazir müavini bu müsabiqənin gələcəkdə regionlarda da geniş təbliği istiqamətində müəyyən işlər görülməsi ilə bağlı tövsiyələrini çatdırıb.
Görüşdə iştirak edən “TRİZ Developers Summit” Beynəlxalq Assosiyasiyasının Azərbaycandakı nümayəndəsi, “NG Creators Club”un direktoru Natiq Əliyev müsabiqə ilə bağlı təqdimatla çıxış edib. Daha sonra təmsil etdiyi qurum adından “TRİZ Kuboku-2019” beynəlxalq müsabiqəsinin qaliblərini təbrik edib, Təhsil Nazirliyinin bu tədbirə dəstək olmuş məsul işçilərinə təşəkkürünü bildirib.
Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova da öz növbəsində TRİZ nəzəriyyəsinin müasir dövrdə aktuallığı barədə məlumat verib.
Daha sonra mükafatlandırma mərasimi keçirilib. Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyinin şagirdlərinə diplomlar və “Qran-Pri” mükafatı təqdim edilib. Müsabiqədə iştirak edən Bakı şəhəri 160 nömrəli Klassik gimnaziyanın məktəbliləri də diplomla təltif ediliblər.
Məlumat verilib ki, Balakən, Lənkəran, İsmayıllı, Ucar və Qobustan təhsil müəssisələrinin məktəbliləri də müsabiqədə iştirak ediblər. Bölgələr üzrə müsabiqədə iştirak edən məktəblilərə sertifikatların müvafiq qaydada yerlərdə təqdim olunacağı planlaşdırılır.
Tədbirin sonunda təşkilatçılara təşəkkürnamələr təqdim edilib.
Qeyd edək ki, beynəlxalq müsabiqənin məqsədi məktəblilər, tələbələr, müəllim heyəti, həmçinin mütəxəssislərin arasında yaradıcılıq və innovasiya sahəsində motivasiyanın formalaşdırılması və peşə yönümlü fəaliyyətin əhatə dairəsinin genişləndirilməsidir.
TRİZ-in (İxtira məsələlərinin həlli nəzəriyyəsi) banisi, əslən bakılı ixtiraçı alim Genrix Altşuller olub və dünyada ilk İxtiraçılıq İnstitutu Bakıda ümummilli lider Heydər Əliyevin dəstəyi ilə 70-ci illərdə yaradılıb.
4 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55