2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsi dünya ikincisi olub
Yaponiyada "Sənin xəyalının avtomobili-2019" adlı Dünya Uşaq Rəsm Müsabiqəsi keçirilib.
Müsabiqədə iştirak edən Təhsil Nazirliyinin 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Gənc tərtibatçı rəssamlar” dərnəyinin üzvü Kənan Arzumanov ölkəmizi uğurla təmsil edib. Mükafatlandırma mərasimində Kənan Arzumanovun “Eco Speed Toyota” rəsmi münsiflər heyəti tərəfindən gümüş mükafata layiq görülərək dünya ikincisi olub.
Qeyd edək ki, müsabiqəyə 86 ölkə üzrə 100 minə yaxın rəsm işi təqdim olunub, onların arasından 30 ən yaxşı sənət əsəri seçilərək təşkilatçılar tərəfindən mükafatlandırılıb.
5 il əvvəl
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31