Vakansiya seçimi mərhələsinin nəticələri
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. Elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Nəticələrə əsasən, 3 728 namizəd vakant yer tutub.
Müsabiqənin yekun – müsahibə mərhələsinə avqustun 19-da start veriləcək.
Müsahibənin keçiriləcəyi yer və tarix barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.
7 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri Yardımlıda vətəndaşları qəbul edəcək
27.08.2026 - 15:39 -
Bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyata start verilir
27.08.2026 - 15:00 -
Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb
27.08.2026 - 14:20 -
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
26.08.2026 - 17:32 -
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanılır
26.08.2026 - 14:51
