• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İnternat məktəbinə mediatur

Mayın 31-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Mərdəkan qəsəbəsində yerləşən Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinə mediatur təşkil edilib.

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan mediaturda tədbir iştirakçıları valideyn himayəsindən məhrum olmuş uşaqlara baş çəkiblər.

Tədbirdə media nümayəndələri və qonaqlar  öncə internat məktəbinin həyətində  şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Sonra mediatur iştirakçıları internat məktəbinin qonağı olan Xəzər rayonu 230 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları  ədəbi-bədii kompozisiyaya tamaşa ediblər. 24 nömrəli on bir illik musiqi məktəbinin ansamblının müşayiəti ilə konsert proqramı təşkil edilib.

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin şagirdlərinin də maraqlı musiqi, şeir, rəqs  nömrələri qonaqlar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə iştirak edən De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin şöbə müdiri Həbib Kərimov ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunduğunu, onların əlverişli mənəvi və sosial mühitdə böyümələri  üçün  hər cür şəraitin yaradıldığını vurğulayıb. Qeyd olunub ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti bu gün də ölkə Prezidenti  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Şöbə müdiri belə tədbirlərin valideyn himayəsindən məhrum olmuş uşaqlara müsbət təsirindən danışıb və sonda bütün uşaqların bayramını təbrik edib.

İnternat məktəbinin direktoru Dilarə Məşədiyeva çıxış edərək respublikamızda uşaqların sosial müdafiəsinin gücləndirilməsi sahəsində çox böyük işlər görüldüyünü, valideyn himayəsindən məhrum olan, yetkinlik yaşına çatmayan, səhhətində problemlər yaşayan, eləcə də məcburi köçkün ailələrindən olan uşaqlara yüksək həssaslıq göstərildiyini bildirib. 

Media nümayəndələrinə məlumat verilib ki, internat məktəbi 1985-ci ildən fəaliyyət göstərir. Məktəb 2016-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunub. Burada 224 şagirdin təlim-tərbiyəsi ilə 36 nəfər pedaqoji işçi məşğul olur. Məktəbdə rəsm dərnəyi və şagirdlərdən ibarət nəfəsli orkestr fəaliyyət göstərir. 

Digər qonaqlar da bu cür tədbirlərin təşkilinin əhəmiyyətinə toxunub. 

Tədbir konsert proqramı ilə davam etdirilib.


4 il əvvəl