• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fənn olimpiadalarının yarımfinal turu keçirilib

Martın 31-də fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib.

Yarışlar Bakı şəhərində 6, Sumqayıt, İsmayıllı, Şirvan, Şəki, Ağdaş, Gəncə, Mingəçevir, Şəmkir, Xaçmaz, Lənkəran və Naxçıvan Muxtar Respublikasında hər birində 1 mərkəz olmaqla ümumilikdə 17 mərkəzdə baş tutub.

Yarımfinal turuna rayon (şəhər) mərhələsində müvafiq balı toplamış, həmçinin ötən və cari tədris ilində Beynəlxalq Fənn olimpiadalarının hər hansı birində iştirak etmiş şagirdlər aşağı və yuxarı yaş qrupu olmaqla cəlb edilib. Belə ki, 9-cu və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri aşağı yaş qrupu, 10-11-ci sinif şagirdləri isə yuxarı yaş qrupu olmaqla yarışıblar. 

Olimpiadada Azərbaycan dili və ədəbiyyat fənni üzrə 1432, riyaziyyat fənni üzrə 1715, informatika fənni üzrə 225, fizika fənni üzrə 217, kimya fənni üzrə 222, biologiya fənni üzrə 765, tarix fənni üzrə 398, coğrafiya fənni üzrə 1113 şagird iştirak edib.

İnformatika fənnindən yuxarı yaş qrupu üzrə olimpiadanın yarımfinal turu ADA Universitetində keçirilib. Bu olimpiadada iştirak edən şagirdlərə proqramlaşdırma dilində həll etmək üçün 5 məsələ təqdim olunub. Müsabiqə və qiymətləndirmə İOİ sisteminə uyğun həyata keçiriləcək.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.


5 il əvvəl