• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH məzunundan böyük qələbə

Azərbaycan Dövlət İqtisad Universitetinin “Dünya iqtisadiyyatı” ixtisası üzrə SABAH qrupları məzunu Elnarə Məmmədzadənin “Dataforest” startapı İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin (WSIS) “İKT tətbiqi: Həyatın bütün aspektlərində fayda – E-biznes” kateqoriyası üzrə çempionu seçilib.

İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti rəqəmsal sahələrdə mövcud trendlərin, yenilik və çətinliklərin müzakirə edildiyi ən iri toplantı hesab olunur.

Keyfiyyətli, sürətli və rahat bir mənbə olan “Dataforest” startapı dünyanın hər yerindən öz məlumatlarını yükləmək, paylaşmaq, boş vaxtlarında pul qazanmaq istəyən insanları, eləcə də şirkətləri birləşdirən unikal platformadır. 2018-ci ildə “MİT Qlobal Startap Laboratoriyası”nda yaranan bu startap “MİT GSL Azerbaijan Demoday”inin qalibi, “AWITA 2018”də isə “İlin Startapı” olaraq mükafatlandırılıb.

“Dataforest” WSIS Pay Sahibləri Cəmiyyəti tərəfindən təsdiqlənən 1064 layihədən biridir. Startapın cari ilin 8-12 aprel tarixlərində İsveçrənin Cenevrə şəhərində keçiriləcək WSIS Forumunda 2 milyondan artıq səs toplayan 18 qalib və 72 çempion layihə sırasında mükafatlandırılması gözlənilir.


5 il əvvəl